“Turan-Tovuz”un rusiyalı yarımmüdafiəçi Anton Kraçkovski ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, Rusiyanın “Sport-Express” nəşri 22 yaşlı yarımmüdafiəçinin icarədən “Dinamo”ya(Mahaçqala) geri qayıtdığını qeyd edib.
Kraçkovski qışda “Turan Tovuz”a keçmişdi. O, məşqçilər korpusunun ümidlərini doğrulda bilməmişdi.
Uğurlu performans göstərəcəyi təqdirdə, onun müqavilə müddəti 1 illik artırılacaqdı.
saytlarin hazirlanmasi