İngiltərənin "Çelsi" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Borussiya"dan Ceymi Gittensi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Çelsi" ingiltərəli vinger üçün Almaniya klubuna 60 milyon avro təzminat ödəyəcək. 20 yaşlı futbolçu ilə 2032-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Borussiya" Ceymi Gittensi 2020-ci ildə "Mançester Siti"nin akademiyasından transfer etmişdi. İngiltərə U-21 millisinin üzvü Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 107 rəsmi matçda 17 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi