Klublararası dünya çempionatında 1/4 finalın matçlarına yekun vurulub.
Sportal.az xəbər verir ki, mərhələnin son matçında "Real" Dortmund "Borussiya"sı ilə qarşılaşıb. Matç Madrid təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə ilə "Real" adını yarımfinala yazdırmağı bacarıb.
Qeyd edək ki, "Real" yarımfinalda PSJ ilə qarşılaşacaq. Matç iyulun 9-u Bakı vaxtilə saat 23:00-da başlayacaq.
5 iyul
1/4 final
"Real" - "Borussiya"(Dortmund) 3:2
Qollar: Q.Qarsiya,10, F.Qarsiya,20, K.Mbappe,90+4, - M.Beyer,90+3, S.Quirassi,90+7
Qırmızı vərəqə: D.Huijsen,90+5 ("Real")
saytlarin hazirlanmasi