Üç boksçumuz Dünya kubokunda bürünc medal qazandı

20:50 - 5 İyul 2025

Qazaxıstanın paytaxtı Astanada keçirilən boks üzrə Dünya kubokunda yarımfinal döyüşləri başa çatıb.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin bu mərhələdə 3 boksçusu mübarizə aparıb.

Sübhan Mamedov (50 kq) Sanjar Taşkenbayla (Qazaxıstan), Məhəmmədəli Qasımzadə (60 kq) Luis Qabriel do Naskimento (Braziliya) ilə və Məhəmməd Abdullayev (+90 kq) Aybek Oralbayla (Qazaxıstan) üz-üzə gəlib. Rəqiblər finala yüksəldiklərindən təmsilçilərimiz bürünc medala yiyələniblər.

Qeyd edək ki, sabah yekunlaşacaq Dünya kubokuna 30 ölkədən 300-dək boksçu qatılıb.

Xəbər xətti