"Dinamo" "Neftçi"nin kapitanından əl çəkmək istəmir - yeni təklif göndərəcəklər

17:54 - 5 İyul 2025

"Neftçi"nin qapıçısı Rza Cəfərov legioner həyatı yaşaya bilər.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvünün Rumıniyada oynamaq ehtimalı var. Bu barədə "Digisport" portalı məlumat yayıb.

"Dinamo" Rza üçün "Neftçi"yə rəsmi təklif göndərib. Lakin Azərbaycan klubu bu təklifi qəbul etməyib.

"Dinamo" Rza Cəfərovu heyətinə qatmaq üçün səylərini davam etdirir. Buxarest təmsilçisi 22 yaşlı qolkiper üçün Bakı klubuna yeni təklif göndərəcək.

Qeyd edək ki, Rza Cəfərov "Neftçi"nin yetirməsidir. Kapitan ötən mövsüm "ağ-qaralar"ın heyətində 35 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti