"Qarabağ"dan göndərilən futbolçu Almaniya klubunda - FOTO

14:47 - 14 İyul 2025

“Qarabağ”ın sabiq futbolçusu Adama Diakabi karyerasını Almaniyada davam etdirəcək.

Sportal.az xəbər verir ki, fransalı yarımmüdafiəçi “Valdhof Manhaym” klubu ilə anlaşıb.

29 yaşlı futbolçu Almaniya 3-cü Bundesliqa təmsilçisi ilə 1 illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, 2023-2024-ci illərdə “Qarabağ”da oynayıb. Adama karyerası ərzində “Renn”, “Monako”, “Haddersfild”, “Amyen”, “Bandırmaspor” klublarının üzvü olub. 


Xəbər xətti