"Ferentsvaroş"la matçı izləmək istəyən azarkeşlərin nəzərinə

20:56 - 18 Avqust 2025

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində “Ferentsvaroş”a qarşı keçirəcəyi səfər oyunu ilə bağlı azarkeşlərinə müraciət edib.

Sportal.az xəbər verir ki, klubun sosial şəbəkə hesabında etdiyi paylaşımda bunlar qeyd olunub:

UEFA Çempionlar Liqasının “Play-off” mərhələsi çərçivəsində keçiriləcək “Ferensvaroş” (Macarıstan) – “Qarabağ” FK matçında komandamızı dəstəkləyəcək azarkeşlərimiz əldə etdikləri vauçerləri oyun günü stadionun “Gate 4″də yerləşən E sektorunun qarşısında biletə dəyişməlidir.

Vauçerləri əldə edən şəxslər vauçerləri biletə dəyişərkən xahiş olunur ki, şəxsiyyətinizi təsdiq edən sənəd üzərinizdə olsun

Kassalar qarşılaşmanın start fitindən 2 saat əvvəl açılacaq. Azarkeşlərimizdən xahiş olunur ki, bu müddət ərzində qeyd olunan məkana yaxınlaşaraq vauçerlərini biletə dəyişsinlər”.

Sabah keçiriləcək matça saat 23:00-da start veriləcək. Cavab oyunu avqustun 27-də Bakıda olacaq.

Xəbər xətti