Portuqaliyanın U-21 yığmasının üzvü Qabriel Braş AVRO-2027-nin seçmə mərhələsinin Azərbaycanla görüşü haqda danışıb.
Sportal.az “O Joga”ya istinadən xəbər verir ki, portuqaliyalı müdafiəçi yığma komandamıza qarşı keçiriləcək matçı ilə bağlı fikirlərini bildirib:
“Rəqibi təhlil edirik. Lakin əsas diqqət həmişə öz komandamızdadır. Vacib olan bizim necə oynadığımız və məşq etməyimizdədir. Azərbaycan hazırda ikinci plandadır. Çalışdıq ki, matça maksimum hazırlıqlı yanaşaq. Etiraf edirəm ki, müəyyən məsuliyyətlə və ayaq üstə möhkəm dayanaraq favoritik. Biz bunu matçlarda göstərmək üçün keyfiyyət və potensiala malik olduğumuzu bilirik”.
Qeyd edək ki, Portuqaliya - Azərbaycan qarşılaşması sabah Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
saytlarin hazirlanmasi