Qrup halında zorlamaya görə məhkum edilmiş keçmiş futbolçu Robinyo hazırda Braziliyanın Tremenbe həbsxanasında futbol komandası çalışdırır.
Sportal.az xəbər verir ki, Tremenbe həbsxanasında yaradılan komandalardan birinə başçılıq edən braziliyalı sabiq futbolçu orada böyük marağa səbəb olub. Belə ki, digər məhkumların yaxınlarının Robinyonu görmək marağı nəticəsində həbsxanaya gələnlərin sayı 30 faiz artıb. Hətta bəziləri keçmiş futbolçu ilə yaxınlıq qurmaq və “Santos” formasında ondan avtoqraf almaq istəyirlər.
Xatırladaq ki, “Real” və “Milan”ın sabiq hücumçusu 9 il müddətinə azadlıqdan məhrum edilib.
saytlarin hazirlanmasi