UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Kopenhagen" heyətinə yeni oyunçu cəlb edib.
Sportal.az xəbər verir ki, Danimarka təmsilçisi "Orxus"dan Mads Emil Madseni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Kopenhagen" 27 yaşlı yarımmüdafiəçi üçün onun klubuna 4 milyon avro təzminat ödəyib. Danimarkalı futbolçu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasında "Kopenhagen"lə Bakıda üz-üzə gələcək. Qarşılaşma 1 oktyabr tarixində baş tutacaq
saytlarin hazirlanmasi