Adilxanov "Şamaxı"nın tarixinə keçdi

12:34 - 1 Sentyabr 2025

“Şamaxı” Azərbaycan çempionatlarının yüksək dəstəsində 400-cü səfər qoluna imza atıb.

Sportal.az PFL-ə istinadən xəbər verir ki yubiley qolunun müəllifi Edqar Adilxanov olub.

O, Misli Premyer Liqasının III turunun “Sumqayıt”la görüşündə (1:1) fərqlənib. Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adları altında da çıxış edən klubun 400-cü qolu 348-ci səfərə təsadüf edib. “Şamaxı” bu göstəricidə 3-cü komandadır.

Yalnız “Qarabağ”la “Neftçi” rəqib meydanlarında daha çox fərqlənib. Qeyd edək ki, klub tarixində ilk səfər qolunun müəllifi 1999-cu il noyabrın 28-də “ANS-Pivani”nin qapısına (1:4) yol tapan Rövşən Süleymanov olub.

Xəbər xətti