Azərbaycan millisi İslandiyaya yola düşəcək - Emreli olmayacaq

13:48 - 1 Sentyabr 2025

Bu gün Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya (5 sentyabr) və Ukrayna (9 sentyabr) ilə keçiriləcək oyunlar üçün təlim-məşq bazasında toplanacaq. 

Sportal.az xəbər verir ki, komanda bu gün də məşqə çıxacaq.

Lakin Mahir Emreli Bakıdakı məşqdə iştirak etməyəcək. Almaniyanın “Kayzerslautern” klubunun hücumçusu Bakıya gəlməyəcək. Onun bu gün Almaniyadan Reykyavikdə milliyə qoşulacağı gözlənilir.

Milli komandamız sabah saat 10:30-da çarter reysi ilə Bakıdan Reykyavikə uçacaq.
 

Xəbər xətti