Viktor Bonifeys "Bayer"dən "Verder"ə transfer olunub.
Sportal.az xəbər verir ki, Bremen klubu 24 yaşlı hücumçunun mövsümün sonuna qədər icarəyə götürüldüyünü açıqlayıb. Fabritso Romanonun məlumatına görə, "Verder" futbolçunun maaşının bir hissəsini ödəyəcək.
Daha əvvəl "Milan" nigeriyalı oyunçunun transferindən imtina etmişdi – tibbi müayinədə Bonifeysdə sağlamlıq problemləri aşkarlanmışdı.
Qeyd edək ki, ötən mövsüm Bundessliqada hücumçu 19 oyun keçirib və 8 qol vurub.
saytlarin hazirlanmasi