"Zirə" Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü ev qolunu vurub.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, bu topa Yeqor Boqomolski imza atıb.
Belaruslu hücumçu Misli Premyer Liqasının III turunun “Kəpəz”lə görüşündə (5:0) fərqlənib.
Bakı klubu turnirdəki 154-cü ev sınağında vurulan qol sayını 201-ə də çatdırıb.
Qeyd edək ki, “Zirə”nin Premyer Liqada ilk ev qolunu 2015-ci il avqustun 9-da AZAL-la görüşdəki yeganə topun müəllifi olan Viktor İqbekoyi vurub.
saytlarin hazirlanmasi