"Kəpəz"in ölkə çempionatlarında 250-ci məğlubiyyəti

10:55 - 1 Sentyabr 2025

“Kəpəz” Azərbaycan çempionatlarının yüksək dəstəsində 250-ci məğlubiyyətini alıb.

Sportal.az xəbər verir ki, bu, Misli Premyer Liqasının III turuna təsadüf edib.

Bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.

Gəncə klubu səfərdə “Zirə”yə 0:5 hesabı ilə uduzub. “Kəpəz” ölkə çempionatları tarixində ən çox məğlubiyyət alan komandadır. Qərb təmsilçisi 685-ci oyununda “250”yə çatıb. “Kəpəz” evdə 88, səfərdə 157, neytral meydanda 5 dəfə xalsız qalıb.

Qeyd edək ki, Gəncə klubunun ilk məğlubiyyəti 1992-ci il iyunun 27-də keçirilən “Turan”la səfər matçına təsadüf edib - 0:1.

Xəbər xətti