Ten Haqa cəmi 2 tur dözdülər

17:12 - 1 Sentyabr 2025

Almaniya Bundesliqasında mövsümün ilk baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Bayer" Erik ten Haqla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumaat yayıb.

Niderlandlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Erik ten Haq bu ilin iyul ayında "Bayer"in baş məşqçisi təyin olunmuşdu. Leverkuzen təmsilçisi 55 yaşlı mütəxəssisin rəhbərliyi altında Bundesliqada keçirdiyi iki oyunda 1 xal toplayıb.

Xəbər xətti