"Xankəndi" türkiyəli baş məşqçi ilə müqavilə imzaladı

16:58 - 2 Sentyabr 2025

“Xankəndi” Futbol Klubu yeni mövsüm üçün məşqçi qərarını açıqlayıb.

Sportal.az xəbər verir ki, ötən mövsüm Region Liqasında komandanı çempion edən türkiyəli mütəxəssis İbrahim Uzunca ilə əməkdaşlıq davam edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

63 yaşlı, UEFA PRO kateqoriyasına sahib baş məşqçi ilə bir illik müqavilə imzalanıb.

Uzuncanın karyerası ərzində Azərbaycanda “Lokomotiv Biləcəri”, “Bakı”, “Şahdağ Quba”, “Xan Lənkəran” və “Dinamo” klublarında baş məşqçi kimi fəaliyyəti olub. O, Türkiyədə isə “Adana Demirspor”, “Kayseri Erciyesspor”, “Pozantı Genclik”, “Kadirli Demir”, BÇ “Mimaroba” (“Küçükçekmece” SK) və “Osmaniyespor” klublarını çalışdırıb.

Xəbər xətti