Leonardo Spinazzola “Napoli”də qalıb.
Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, Neapol təmsilçisi italiyalı müdafiəçini “Əl-Hilal”a sataraq müəyyən gəlir əldə etmək istəyirdi.
İtaliya çempionu Spinazzolanın transferindən əldə edəcəyi məbləğlə “Atletiko”nun Aleksander Sörlotu heyətinə qatmaq istəyib. Amma bu, baş verməyib.
Spinazzola “Napoli”də qalıb və o, Çempionlar Liqasının liqa mərhələsinin “Qarabağ”la görüşündə meydanda ola bilər.