Kosovo klubuna keçən azərbaycanlı: "Məsuliyyətim böyükdür, yaxşı mövsüm keçirmək istəyirəm"

13:36 - 2 Sentyabr 2025

"Artıq "Dreniça" ilə rəsmi müqavilə imzalamışam. Menecerim bildirmişdi ki, səni bəyənirlər və sonradan da rəsmi təklif gəldi. Mən də komanda ilə maraqlandım. Sonda da “Dreniça”ya keçməyə qərar verdim".

Bu sözləri Sportal.az saytına açıqlamasında Kosovanın yüksək liqa təmsilçisi “Dreniça”ya keçən Elmir Tağıyev deyib.

Azərbaycanlı futbolçu yeni komandasındakı hədəflərindən bəhs edib:

"Burada mənə çox isti münasibət var. Məni kollektivdə çox yaxşı qarşıladılar. Məşqlərə də başlamışam. Daha da çox çalışıram ki, öz formama tez bir zamanda qayıdım. Belə hər şey qaydasındadır. Sadəcə yaxşı futbol oynayıb, komandaya fayda vermək istəyirəm. Bütün fikrim buna yönəlib, başqa bir şey haqda düşünmürəm. "Dreniça" Kosovoda köklü komandalardan biridir. Məsuliyyətim böyükdür. Yaxşı mövsüm keçirmək istəyirəm. Bu mövsümə fokuslanmışam. Gələcəyi isə elə gələcək göstərəcək. Mən üzərimə düşəni edəcəm".

Mirbağırağa

Xəbər xətti