Millimizin üzvü qol vurdu, komandası qalib gəldi

09:34 - 2 Sentyabr 2025

Cənubi Koreya çempionatında 28-ci turun matçları keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Daejeon" "Ximçxon Sanmu"nu qəbul edib və 2:1 qalib gəlib.

Millimizin üzvü bu oyuna start heyətində çıxıb və sona qədər oynayıb. 

26 yaşlı müdafiəçi 90+8-ci dəqiqədə komandasının qələbə qolunu vurub. 

“Daejeon” 45 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Xəbər xətti