Bölgə klubunun adı və loqosu dəyişdirildi

11:33 - 3 Sentyabr 2025

"Şəki Siti” Futbol Klubunun İdarə Heyətinin qərarına əsasən, klubun loqosu yenilənib.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumaat yayıv.

Bu addım, klubun inkişaf strategiyasının və peşəkarlıq yolunda atdığı mühüm addımların bir hissəsi olaraq həyata keçirilib.

Eyni zamanda II Liqa təmsilçisinin adının dəyişdirilməsi nəzərdə tutulub. Yeni ad artıq müəyyənləşdirilib - “Şəki” PFK (Şəki Peşəkar Futbol Klubu). Dəyişiklik, yaxın vaxtlarda rəsmi təsdiqlənərək ictimaiyyətə təqdim ediləcək. 


Xəbər xətti