İspaniyanın "Atletiko" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin futbolçusu Aleks Baena sıradan çıxıb.
İspaniyalı vinger apendisitdən öəməliyyat olunub. 24 yaşlı ön xətt oyunçusu təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Atletiko" Aleks Baenanı mövsümün əvvəlində "Vilyarreal"dən 42 milyon avroya transfer edib. İspaniya millisinin üzvü yeni komandasının heyətində La Liqada 1 matçda meydana çıxıb.
saytlarin hazirlanmasi