Azərbaycan II Liqasında mübarizə aparan “Şəki”nin baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
UEFA Pro lizensiyalı Bəhmən Həsənovla 1+1 illik müqavilə imzalanıb. Samet Yılmaz Aker qapıçılar üzrə məşqçi, Zeynal Hüseynov isə köməkçi məşqçi təyin olunub.
Qeyd edək ki, Bəhmən Həsənov “Muğan” və “Rəvan” klublarının baş məşqçisi olub.
saytlarin hazirlanmasi