Meksika millisinin qapıçısı Gilyerme Oçoa özünə yeni komanda tapıb.
Sportal.az xəbər verir ki, 40 yaşlı qolkiper Cənubi Kiprin AEL klubu ilə anlaşıb.
Bu barədə Limassol klubunun mətbuat xidməti məlumat yayıb.
Oçoa bir ili bu klubda keçirəcək.
Qeyd edək ki, meksikalı karyerası ərzində "Amerika", "Ayaçço", "Malaqa", "Qranada", "Standard", "Salernitana" klublarının qapısını qoruyub.
saytlarin hazirlanmasi