"Beşiktaş" futbolçusunu Yunanıstan klubuna icarəyə verdi

16:47 - 13 Sentyabr 2025

“Beşiktaş” futbolçusunu icarəyə göndərib.

Sportal.az xəbər verir ki, Joao Mario AEK-lə anlaşıb.

Portuqaliyalı yarımmüdafiəçi Afina klubunda mövsümün sonuna qədər icarə əsasında oynayacaq.

32 yaşlı futbolçunun “Beşiktaş”la müqavilə müddəti isə 2027-ci il iyunun 30-na qədərdir.

Portuqaliya millisinin sabiq üzvü “Sportinq”, “İnter”, “Vest Hem”, “Lokomotiv”(Moskva) komandalarında da çıxış edib.
 

Xəbər xətti