AFFA Azərbaycan milli komandasının baş məşqçisi postu üçün axtarışları davam etdirir.
Sportal.az xəbər verir ki, yığmamızı çalışdırmağa namizədlərdən biri Fatih Terimdir. Bu barədə türkiyəli jurnalist Ozan Zeybek məlumat yayıb.
AFFA-nın 72 yaşlı mütəxəssisə təklif göndərdiyi bildirilir. Terimin adı Çexiya millisi ilə də hallanır.
Qeyd edək ki, Fatih Terimin son iş yeri Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Şəbab" olub.
saytlarin hazirlanmasi