2025/2026 mövsümü üçün “Araz-Naxçıvan”ın heyətinə daxil edilməyən və komandadan göndərilən Miço Kuzmanoviç artıq özünə komanda tapıb.
Sportal.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ölkəsində oynayacaq.
O, Bosniya və Herseqovinanın ən tarixi klublarından olan “Velej Mostar”la anlaşıb.
“Araz-Naxçıvan”ın sabiq üzvünün yeni komandası ilə anlaşması mövsümün sonuna qədərdir.
O, karyerası ərzində “Yaqodina”, “Modriça Maksima”, “Sarayevo”, “Musktron”, “Rudar”, “Çelye”, “Tuzla Siti” kimi komandalarında oynamışdı. Əlavə edək ki, “Velej Mostar” 1922-ci ildən fəaliyyət göstərir.