"Sumqayıt"ın futbolçusu əlamətdar qol vurdu

10:18 - 30 Oktyabr 2025

Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsinin “Zaqatala” ilə oyununda vurulan 2-ci qol “Sumqayıt” üçün əlamətdar olub.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi ölkə kubokunda 50-ci qolunu vurub. Yubiley topuna Nihat Əhmədzadə imza atıb.

Sumqayıtın eyniadlı klubu 3:0 hesablı qələbə ilə 41-ci oyununda qol sayını 51-ə yüksəldib.

Evdə 19, səfərdə 31, neytral meydanda 1 dəfə fərqlənən “Sumqayıt” turnirin tarixində 50 və daha çox qol vuran 20-ci komandadır. Klub tarixində kubokdakı ilk qol isə 2011/12 mövsümünün 1/16 finalında “Lokomotiv”lə (Bakı) səfər matçında (2:0) vurulub.

Xəbər xətti