Millinin sabiq üzvü karyerasını başa vurdu

11:34 - 16 Noyabr 2025

“Atalanta” və “Milan”ın sabiq müdafiəçisi Mattia Kaldara karyerasını başa vurub.

Sportal.az xəbər verir ki, 31 yaşlı futbolçu azarkeşlərə mesaj yazaraq qərarın çətin olduğunu, lakin davamlı zədələr və pisləşən səhhət problemləri səbəbindən başqa çarəsi qalmadığını vurğulayıb.

Kaldara A Seriyasında debütünü 2013/14 mövsümündə "Atalanta"da edib. 2018-ci ildə "Milan"a transfer olub, 2020-ci ildə icarə əsasında "Atalanta"ya qayıdıb.

Onun son komandası 2024/2025 mövsümündə "Modena" olub. Kaldara İtaliya millisində də 2 matça çıxıb.

Xəbər xətti