"Real"ı düşünməkdənsə, "Mançester Yunayted"də narahat olacağım çox məqam var"

21:47 - 16 Noyabr 2025

"Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemiro "Real"la maraqlanıb-maraqlanmaması haqda danışıb. 

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, braziliyalı futbolçu 2013-cü ildən 2022-ci ilə qədər Madrid klubunun formasını geyinib.

Kazemiro "kral klubu" ilə maraqlanmadığını deyib: "Düzü, "Real"ın vəziyyətini izləmirəm. Onları düşünməkdənsə, "Mançester Yunayted"də narahat olacağım çox məqam var. Hamı bilir ki, mən bu klubu və şəhəri nə qədər sevirəm, amma “Real” üçün narahat deyiləm”.

O, "Real"da bütün yarışlarda 336 matçda meydana çıxıb, 31 qol vurub və 29 məhsuldar ötürmə edib.

33 yaşlı futbolçu "Real"ın heyətində 5 dəfə Çempionlar Liqasını qazanıb.
 

Xəbər xətti