“Araz-Naxçıvan” futzal klubunun UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Benfika" ilə Portuqaliyada baş tutacaq səfər matçının yeri və başlanma saatı müəyyənləşib.
Sportal.az xəbər verir ki, təmsilçimiz rəqibi ilə dekabrın 5-də Lissabondakı “Pavilau Fidelidade Arena"da üz-üzə gələcək.
Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.
Xatırladaq ki, komandalar arasında ilk duel noyabrın 24-də Bakı İdman Sarayında keçiriləcək. Matç saat 20:00-da başlanacaq.
saytlarin hazirlanmasi
