AFFA "Karvan-Yevlax"ı böyük məbləğdə cərimələdi

14:18 - 25 Noyabr 2025

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:

Misli Premyer Liqası XII tur

21.11.2025-ci il tarixində Misli Premyer Liqasında XII turun “Karvan-Yevlax” – “Kəpəz” oyununda “Karvan-Yevlax” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Karvan-Yevlax” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

21.11.2025-ci il tarixində Misli Premyer Liqasında XII turun “Karvan-Yevlax” – “Kəpəz” oyununda meydançaya kənar şəxs daxil olduğuna görə “Karvan-Yevlax” komandası 2500 manat cərimə edilsin (maddə 86.3);

21.11.2025-ci il tarixində Misli Premyer Liqasında XII turun “Karvan-Yevlax” – “Kəpəz” oyununda meydançaya kənar əşyalar atıldığına görə “Karvan-Yevlax” komandası 2000 manat cərimə edilsin (maddə 86.3);

21.11.2025-ci il tarixində Misli Premyer Liqasında XII turun “Karvan-Yevlax” – “Kəpəz” oyununda “Karvan-Yevlax” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə görə “Karvan-Yevlax” komandası 5000 manat cərimə edilsin (maddə 52.5);

21.11.2025-ci il tarixində Misli Premyer Liqasında XII turun “Karvan-Yevlax” – “Kəpəz” oyunundan sonra “Karvan-Yevlax” komandasının 6 nömrəli futbolçusu Vadim Abdullayev mediaya futbolun bütövlüyünə təhlükə yaradan, futbol qurumlarının etibarlılığını şübhə altına qoyan açıqlama verdiyinə görə 1 oyun oyuna buraxılmasın (maddə 99, 94, 88)

21.11.2025-ci il tarixində Misli Premyer Liqasında XII turun “Sumqayıt” – “Qarabağ” oyununun 60-cı dəqiqəsində “Sumqayıt” komandasının 72 nömrəli futbolçusu Rayan Senhadji ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Sumqayıt” komandası 500 manat cərimə edilsin (maddə 17.5,17.7);

22.11.2025-ci il tarixində Misli Premyer Liqasında XII turun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Araz-Naxçıvan” komandası 2500 manat cərimə edilsin (maddə 86.3);

22.11.2025-ci il tarixində Misli Premyer Liqasında XII turun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyununda “Turan Tovuz” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

22.11.2025-ci il tarixində Misli Premyer Liqasında XII turun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyununda “Turan Tovuz” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Turan Tovuz” komandası 5000 manat cərimə edilsin (maddə 86.3);

23.11.2025-ci il tarixində Misli Premyer Liqasında XII turun “Sabah” – “Şamaxı” oyununda tamaşaçılar tərəfindən gətirilmiş, stadiona gətirilməsi qadağan olunmamış əşyalar stadiona buraxılmadığına görə “Sabah” komandasına xəbərdarlıq edilsin (maddə 20);

Xəbər xətti