AFFA nümayəndəsinə UEFA-dan təyinat

15:37 - 25 Noyabr 2025

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

Sportal.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının Liqa mərhələsinin III turu çərçivəsində noyabrın 26-da keçiriləcək “Srvena Zvezda” (Serbiya) – “Jilina” (Slovakiya) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Belqraddakı “Rayko Mitiç” stadionunda təşkil olunacaq.

Xəbər xətti