"Fənərbaxça"nın qapıçısı Dominik Livakoviç karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Cenoa" icarə əsasında "Jirona"da çıxış edən xorvatiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Genuyalılar Livakoviçi satınalma bəndi ilə icarəyə götürməyi planlaşdırır. "Cenoa" artıq bununla bağlı "Fənərbaxça"ya rəsmi təklif göndərib.
Qeyd edək ki, Dominik Livakoviç mövsümün əvvəlində "Jirona"ya icarəyə verilib. Xorvatiya millisinin üzvü olan 30 yaşlı qolkiper La Liqa təmsilçisinin heyətində 1 oyunda belə meydana çıxmayıb.
saytlarin hazirlanmasi
