Türkiyə mediası “Volendam” və Azərbaycan millisinin yarımmüdafiəçisi Ozancan Kökçünün "Beşiktaş"a keçə biləcəyi barədə məlumat yayıb.
Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçunun atası Halis Kökçü bu məlumatları təkzib edib.
O, oğlunun Niderland klubu ilə müqaviləsinin mövsümün sonuna qüvvədə olduğunu bildirib. Qeyd edək ki, Özancan mövsümün əvvəlində “Volendam”la anlaşıb.
Millimizin üzvü bundan öncə “Bursaspor”, “Velveyk”, “Giresunspor”, “Sabah”, “Telstar”, “Eyndhoven”, “Helsinki” klublarında oynayıb.
saytlarin hazirlanmasi
