"Araz-Naxçıvan"ın futbolçusu Felipe Santos Sportal.az saytına açıqlama verib.
O, komandasının mövsümün birinci hissəsindəki çıxışını dəyərləndirib.
Beninli futbolçu komandasının pis çıxış etmədiyini bildirib:
"Çox yaxşı komandamız var. Amma çətin günlərdən də keçdik. Mövsümün ikinci hissəsinin daha yaxşı alınacağına inanıram. Tətilə də qələbə ilə getdik. Bu da hər zaman yaxşıdır".
28 yaşlı vinger komandasının bu mövsüm avrokuboklara vəsiqə qazanmaq ehtimalını dəyərləndirib:
"Bizim çox yaxşı komandamız var. İnanıram ki, avrokuboklara vəsiqə qazana biləcəyik".
Mirbağırağa
