“Aston Villa”da icarə əsasında çıxış edən “Liverpul”un yarımmüdafiəçisi Harvi Elliott MLS-ə keçid variantını nəzərdən keçirmir.
Sportal.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
“Şarlott” 22 yaşlı futbolçunun icarəyə götürülməsi ilə bağlı təklif irəli sürməyə cəhd göstərib. Lakin Elliot özü hazırkı mərhələdə karyerasını bu istiqamətdə davam etdirməkdə maraqlı deyil və ABŞ-a köçməyi planlaşdırmır.
İngiltərəli yarımmüdafiəçinin gələcəyi ilə bağlı vəziyyət mürəkkəb olaraq qalır. O, “Liverpul”dan “Aston Villa”ya icarə əsasında keçib. Oyunçu baş məşqçi Unai Emerinin planlarından kənarda qalıb və artıq oyunlarda heyətə daxil edilmir.
Eyni zamanda, futbolçunun vaxtından əvvəl “Liverpul”a qayıdışı yalnız “Aston Villa” tərəfindən kompensasiyanın ödənilməsi şərti ilə mümkündür. Bundan başqa, Elliott mövcud reqlament tələblərinə əsasən bu mövsüm üçüncü bir klubun heyətində çıxış etmək hüququna malik deyil.
saytlarin hazirlanmasi
