"Mançester Siti"nin futbolçusu hələ də Bundesliqa klubunun hədəfindədir

00:34 - 1 Yanvar 2026

“Mançester Siti”nin qanad oyunçusu Oskar Bobb hələ də Dortmund “Borussiya”sının maraq dairəsindədir. Alman klubu uzun müddətdir oyunçunu izləyir və keçən yay onu transfer etmək istəyirdi, amma “şəhərlilər” transferə veto qoymuşdular.

Sportal.az xəbər verir ki, “Borussiya” yenidən Bobb ilə əlaqə saxlayıb, lakin bu əlaqə bəzi xəbərlərdə göstərildiyi qədər ciddi olmayıb. Bununla belə, “şəhərlilər” 22 yaşlı futbolçunu qış transfer pəncərəsində icarəyə verməyə hazırdır ki, ona oyun təcrübəsi qazandırılsın.

Eyni zamanda hələlik əməliyyatın yaxın olduğu barədə məlumat yoxdur. Müxtəlif səbəblərə görə, “Borussiya” qışda transferlərə tələsmir. Onlar yalnız məqsədəuyğun və ya uyğun imkan yaranarsa, onları nəzərdən keçirəcəklər. Lakin Bobb diqqət mərkəzində qalır və yay transfer pəncərəsi üçün də planlaşdırılır.

Qeyd edək ki, cari mövsümdə Oskar Premyer Liqada 9 oyunda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti