“İnter”in sabiq futbolçusu Azərbaycan klublarına lazım olmadı

21:33 - 31 Dekabr 2025

Fil Dişi Sahilindən olan yarımmüdafiəçi Pyer Zebli "Zirə"dən ayrıldıqdan sonra yeni klub tapmaqda çətinlik çəkir.

Sportal.az Sport24.az-a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu artıq altı aydan çoxdur ki, komandasızdır və Azərbaycan klublarına da təklif olunub.

Lakin buna baxmayaraq, afrikalı oyunçu rədd cavabı alıb.

2012–2014-cü illərdə İtaliyanın "İnter" klubunun aşağı yaş qruplarında çıxış edən Zebli, 2014–2015 mövsümündə isə "Milan"ın əsas heyəti ilə məşqlərə qatılıb. Hazırda o, məşqlərini ölkəsində davam etdirir.

Xəbər xətti