"Sabah"da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır - İDDİA

13:24 - 1 Yanvar 2026

“Sabah”da icarə əsasında  oynayan Umarali Raxmonaliyev müqavilə ilə məxsus olduğu “Rubin”ə geri qayıda bilər.

Sportal.az xəbər verir ki, Rusiyanın "Sport-Express" nəşri özbək yarımmüdafiəçini bu qış “transfer pəncərəsi” zamanı klubu potensial gücləndirəcək oyunçular sırasında qeyd edib.

Raxmonaliyev ötən qışdan bəri "bayquşlar"da icarə əsasında oynayır.

Tərəflər arasında müqavilə 2025-ci ilin dekabrın 31-də başa çatıb.

"Sabah" da 22 yaşlı futbolçunun müqavilə müddətini artırmaq üçün "Rubin"lə danışıqlar aparır. 

Qeyd edək ki, Umarali "Rubin"ə 2023-cü ildə "Bunyodkor"dan keçib.

Xəbər xətti