İtaliyalı mütəxəssis "Çelsi"nin baş məşqçi postuna əsas namizəddir

23:57 - 1 Yanvar 2026

“Porto”nun baş məşqçisi Francesco Farioli Enzo Mareskanın istefasından sonra “Çelsi”nin baş məşqçi postu üçün namizədlər siyahısına daxil edilib.

Sportal.az xəbər verir ki, 36 yaşlı italiyalı mütəxəssis 2025-ci ilin yayından “Porto”nu çalışdırır. Onun rəhbərliyi altında komanda Portuqaliya çempionatının turnir cədvəlində birinci yerdədir, ikinci pillədəki “Sportinq”dən 5 xal öndədir.

Qeyd edək ki, Farioli həmçinin “Ayaks” və “Nitsa” komandalarının da baş məşqçisi olub.

Xəbər xətti