“Nitsa” “Ayntraxt”dan Elye Vahiyi icarəyə götürüb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, icarə müddəti 6 aydır. Satınalma opsiyası nəzərdə tutulmayıb. Alman klubu bu keçidə görə 1,5 milyon avro əldə edəcək.
Elye Vahi bu mövsüm Frankfurt təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Ayntraxt" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibidir. Komandalar arasındakı oyun 2025-ci ilin 21 yanvar tarixində Bakıda keçiriləcək.
saytlarin hazirlanmasi
