Klub tarixi üçün rekord məbləğdə transfer - 4,5 illik müqavilə

22:53 - 2 Yanvar 2026

“Kristal Pelas” “Tottenhem”dən Brennan Consonun transferini klub tarixində rekord məbləğə başa çatdırıb. Transferin dəyəri 35 milyon funt təşkil edib.

Sportal.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi 4,5 illik müqavilə imzalayıb. O, yeni komandasında 11 nömrə altında çıxış edəcək. Conson “Kristal Pelas”dakı debütünü bazar günü Premyer Liqa çərçivəsində “Sent-Ceyms Park”da “Nyukasl”a qarşı keçiriləcək oyunda edə biləcək.

Ötən mövsüm Conson “şporlar”ın heyətində bütün turnirlərdə 18 qol və 7 məhsuldar ötürmə ilə komandanın ən məhsuldar futbolçusu olub. Cari mövsümdə isə uelsli oyunçu çempionatda 16 matç keçirib və 2 qol vurub.

Qeyd edək ki, Conson həmçinin Uels millisinin heyətində 42 oyun keçirib və 7 qolun müəllifi olub.

Xəbər xətti