"Real"ın baş məşqçisi Xabi Alonso Endrikin mövsümün sonuna qədər icarə əsasında "Lion"a keçidi barədə fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, Alonso öz açıqlamasında bunları qeyd edib:
"Endrikin karyerasının bu mərhələsində oynamağa ehtiyacı var və mən onun qərarını başa düşürəm. Klub onun inkişaf etməsi və Fransa kimi bir liqada təcrübə toplaması üçün sərmayə qoyub. "Real" komandadan ayrılıb böyüyən, sonra isə geri qayıdan futbolçularla çox düzgün işləyir".
Qeyd edək ki, bu mövsüm Endrik La Liqada cəmi bir oyunda iştirak edib və meydanda 11 dəqiqə keçirib.
saytlarin hazirlanmasi
