“Çelsi” azarkeşləri “Mançester Siti” ilə oyun zamanı klubun keçmiş sahibini xatırlayıblar. London təmsilçisi Premyer Liqanın 20-ci turu çərçivəsində “şəhərlilər”in qonağıdır. İkinci hissəsi davam edən matçda hesab meydan sahiblərinin xeyrinədir – 1:0.
Sportal.az xəbər verir ki, “Etihad” stadionunda qonaq sektorunda olan azarkeşlər oyun zamanı “Roman Abramoviç! Roman Abramoviç!” şüarları səsləndiriblər.
Xatırladaq ki, yannvarın əvvəlində “Çelsi” baş məşqçi Enso Mareska ilə yollarını ayırıb.
saytlarin hazirlanmasi
