"Zenit" "Flamenqo"nun hücumçusu Pedro Abreunu transfer etməyi planlaşdırır. Amma bu, Maksim Qluşenkov satacaqları təqdirdə baş tuta bilər.
Sportal.az Braziliya mətbuatına istinadən xəbər verrir ki, Sankt-Peterburq təmsilçisi Pedro üçün "Flamenqo"ya 25-30 milyon avro təklif edəcək.
Abreu 2020-ci ildən "Flamenqo"da oynayır. Bu müddət ərzində hücumçu bütün yarışlarda 302 oyunda meydana çıxıb, 150 qol vurub və 39 məhsuldar ötürmə edib.
Oyunçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin sonuna qədərdir. "Transfermarkt" portalındakı məlumata görə, onun bazar dəyəri 18 milyon avrodur. Qluşenko yaxın günlərdə başqa kluba satılarsa, Pedronun “Zenit”ə transferi daha da sürətlənəcək.
