Azərbaycan millisinin üzvləri Türkiyədə çempion oldular - Bağırov turnirin ən yaxşısı seçildi

13:47 - 13 Yanvar 2026

Miniftubol üzrə Azərbaycan millisinin üzvləri Təmkin Xəlilzadə və Xətai Bağırov Türkiyədə keçirilən “Golazo Cup” turnirində çempion olublar. 

Sportal.az xəbər verir ki, millimizin üzvlərinin formasını geyindiyi "Fenomeno Armada" həlledici görüşdə "Likapa"ya 7:2 qalib gəlib.

Xətai Bağırov turnirin bombardiri olub. Bununla yanaşı, millimizin üzvü turnirin ən yaxşı futbolçusu adına layiq görülüb. 

Mirbağırağa

Xəbər xətti