"Mançester Siti"nin kapitanı "Barselona"nın hədəfində

21:21 - 13 Yanvar 2026

"Mançester Siti"nin kapitanı Bernardo Silva karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Barselona" portuqaliyalı futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.

Silvanın İngiltərə klubu ilə müqaviləsi yayda başa çatır. Bunu nəzərə alan "Barselona" 31 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə yanvarda razılıq əldə etməyi planlaşdırır.

Qeyd edək ki, "Mançester Sİti" Bernanrdo Silvanı 2017-ci ilin yayında "Monako"dan transfer edib. Portuqaliya millisinin üzvü bu mövsüm "şəhərlilər"in heyətində meydana çıxdığı 31 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti