"Deyirlər ki, millimizə namizədlərin sayı azdır, elə aşağı yaş yığmalarında da eyni vəziyyətdir" - Aftandil Hacıyev

14:31 - 14 Yanvar 2026

Milli komandamızın uğursuz çıxışlarına gətirilən səbəblərdən biri də, futbolçu seçiminin az olmasıyla bağlıdır. Yəni, yığmada çalışan mütəxəssislər cəmi 35-40 futbolçu arasından seçim etmək məcburiyyətində qalır. 

Maraqlıdır ki, aşağı yaş yığmalarında da oxşar vəziyyətdir. Bu barədə sportal.az saytına açıqlamasında "Qarabağ" Futbol Akademiyasının koordinatoru Aftandil Hacıyev danışıb:

"Uşaq futbolunda kifayət qədər çatışmazlıqlar mövcuddur. İstedadlı uşaqlar var, hətta bu reallıqda da kimlərisə üzə çıxartmaq olar. Amma bunun üçün çoxlu əmək sərf eləmək vacibdir.

Deyirlər ki, milli komandamıza namizəd futbolçuların sayı azdır. Yığmanın baş məşqçisi Ayxan Abbasov ən yaxşı halda 35-40 futbolçu arasından seçim edə bilir. Amma deyim ki, elə aşağı yaş yığmalarında da eyni vəziyyətdir. Baxırsan U-16, U-17 və digər yığmalara, səviyyəli oyunçu çox azdır. Orada da məşqçilərin seçim imkanı çox deyil". 

Xəbər xətti