"Milan"ın yarımmüdafiəçisi Yussuf Fofana karyerasını Türkiyə Super Liqasında davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Qalatasaray" fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.
"Sarı-qırmızılar"In nümayəndələri Fofananın keçidini yekunlaşdırmaq üçün İtaliyaya yollanıb. 27 yaşlı dayaq yarımmüdafiəçisinin "Qalatasaray"a keçmək ehtimalı yüksək qiymətləndirilir.
Qeyd edək ki, "Milan" Yussuf Fofananı 2024-cü ilin yayında "Monako"dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
